BDU nəzdindəki Konfutsi İnstitutu tərəfindən Novruz bayramına həsr olunan tədbir keçirilib

18/03/2019

Martın 18-də Bakı Dövlət Universitetinin nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı və Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Çin-Azərbaycan əlaqələrinin qədim tarixindən və müasir dövrdə daha da genişlənməsindən danışıb.
Çinin Azərbaycandakı səfirinin müşaviri Li Cin Son səfir Vey Cinxuanın Novruz bayramı münasibətilə təbrikini tədbir iştirakçılarına çatdırıb. Azərbaycanda Novruz bayramının qeyd olunmasını Çinin Yaz bayramı ilə müqayisə edən Li Cin Son xalqlar arasında əlaqələrin tarixindən danışıb, Azərbaycan və Çin mədəniyyətlərinin oxşarlığını vurğulayıb.
BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Oqtay Cəlilbəyli Azərbaycan və Çin arasında təhsil sahəsində əməkdaşlıqdan söz açıb.
BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Luo Siaoci bildirib ki, Çin dilinə hər il artan maraq bu dili tədris edən müəllimi kimi onu çox sevindirir. İldən-ilə Çin dilini yüksək səviyyədə öyrənən tələbələrin sayı artır. Onlar Çin-Azərbaycan münasibətlərinin daha dərinləşməsi və genişlənməsi üçün töhfə verəcəklər.
Tədbirin bədii hissəsində BDU-nun tələbələri Azərbaycan və Çin xalq rəqsləri və mahnılar təqdim ediblər.

Mətbuat və informasiya şöbəsi, 18 mart 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026