BDU Pakistanın ən böyük sahibkarlıq sərgisində təmsil olunub

11/08/2025

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin hazırladığı “Irrigo – Dayanıqlı Kənd Təsərrüfatı Ekosistemi” layihəsi Pakistanın ən böyük sahibkarlıq sərgisi olan "SEE Pakistan 2025" tədbirində uğurla təmsil olunub.

7-9 avqust 2025-ci il tarixlərində Pakistanın Lahor şəhərində keçirilən möhtəşəm tədbirdə BDU sərgi stendi ilə iştirak edib.

"SEE Pakistan 2025" Pakistan Özəl Universitetlər Assosiasiyası (APSUP) tərəfindən Superior Universiteti, Lahor Universiteti, Sialkot Universiteti və Yaşıl Beynəlxalq Universitet kimi nüfuzlu ali təhsil müəssisələrinin tərəfdaşlığı ilə təşkil edilən, minlərlə iştirakçını bir araya gətirən ölkənin ən böyük sahibkarlıq platformasıdır. Burada dünyanın müxtəlif ölkələrindən gəlmiş startaplar, investorlar, alimlər və tələbələr innovativ həllərini təqdim edərək, əməkdaşlıq imkanlarını müzakirə edirlər.

BDU-nun “Irrigo” layihəsi ekoloji dayanıqlı kənd təsərrüfatı sahəsində innovativ həll kimi böyük maraq doğurur. Layihə çərçivəsində suvarmada təmiz su sərfi minimuma endirilir, uyğun olmayan sular üzvi çirkləndiricilərdən, duzlardan və ağır metallardan təmizlənərək istifadəyə yararlı hala gətirilir və davamlı suvarma ekosistemi yaradılır.

BDU-nun "SEE Pakistan 2025"də iştirakı ölkəmizin innovasiya və startap ekosisteminin inkişafına, gənclərin beynəlxalq müstəvidə uğur qazanmasına və Azərbaycan–Pakistan dostluq münasibətlərinin güclənməsinə töhfə verir.

 

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026