BDU Polşanın Adam Mitskeviç Universiteti ilə əməkdaşlığa başlayır

08/12/2025

Bakı Dövlət Universiteti (BDU) və Polşa Respublikasının Adam Mitskeviç Universiteti Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Adam Mitskeviç Universitetinin rektoru Bogumila Kanievska imzalayıb.

Memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurslar və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbələrin, magistrantların, doktorantların və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər əksini tapıb.

Əsası 1919-cu ildə qoyulmuş Adam Mitskeviç Universiteti 2026-cı il üzrə QS Dünya Universitetləri Reytinqində 741-750-ci yerlər arasında qərarlaşıb.

 

Xəbərlər

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq
15/07/2026

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq

BDU Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinin sərgisində təmsil olunacaq  
15/07/2026

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır
14/07/2026