BDU professoru qızıl medalla təltif olunub

05/02/2015

«Avropa Nəşr Mətbuat evi» mətbuat komissiyasının qərarı ilə milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, təbii fəlakətlərin iqtisadi, coğrafi cəhətdən öyrənilməsi sahəsində olan uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkəmizdə coğrafiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə Bakı Dövlət Universitetinin İqtisadi və sosial coğrafiya kafedrasının professoru, coğrafiya elmləri doktoru Neron Babaxanov «Ən yaxşı vətənpərvər tədqiqatçı alim» qızıl medalı ilə təltif olunmasına həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU rektorunun ümumi məsələlər üzrə müşaviri, professor İsmayıl Əliyev görkəmli alimin şərəfli ömür yolundan, məhsuldar elmi-pedaqoji fəaliyyətindən söhbət açaraq onun Azərbaycanda təbii fəlakət hadisələrinin iqtisadi və sosial coğrafiyası istiqamətlərinin öyrənilməsində  əldə etdiyi nailiyyətlərdən və bu sahədə yüksək ixtisaslı kadrlar hazırlanmasına rəhbərlik etdiyindən söhbət açıb.

Digər çıxış edənlər də professor N.Babaxanovun bir alim, bir müəllim kimi uğurlarından söhbət açıblar. Onun tələbə yoldaşı, şair Oqtay Zəngilanlı yüksək mükafat alması münasibəti ilə alimi təbrik edib, «Ata ocağı» şeirini söyləyib.

Tədbirin sonunda professor Neron Babaxanov haqqında söylənilmiş xoş sözlərə görə hər kəsə minnətdarlığını bildirib və bundan sonra da vətəni, xalqı qarşısında öz borcunu ləyaqətlə yerinə yetirəcəyinə söz verib.

Mətbuat və informasiya şöbəsi, 04 fevral 2015-ci il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026