BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

13/03/2020

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllif olduğu “Global, regional and national burden of chronic kidney disease, 1990–2017: a systematic analysis for the Global Burden of  Disease Study 2017” (“Xroniki Böyrək xəstəliyinin qlobal, regional və milli yükü, 1990-2017”: Qlobal xəstəlik yükünün tədqiqinin 2017-ci il üçün sistemli analizi”) adlı məqaləsi “The Lancet” - beynəlxalq tibb jurnalında dərc olunub.

“The Lancet” tibb sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnalları sırasında ikici yerdədir və impakt faktoru 59·102®-dir. (2018 Journal Citation Reports®, Clarivate Analytics 2019)

Məqalədə xroniki böyrək xəstəliyinin stres amili kimi qlobal sağlamlığa, ölüm hallarına və ürək-damar xəstəliyinə təsiri araşdırılıb.

Məqaləni oxumaq üçün https://www.thelancet.com/journals/lancet/article/fulltext linkinə keçid edə bilərsiniz.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026