BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

09/06/2020

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin "Riyazi analiz" kafedrasının professoru Ziyatxan Əliyevin həmmüəllifi olduğu "Global bifurcation of positive solutions from zero in nonlinearizable elliptic problems with indefinite weight" ("İndefinit çəkili xəttiləşməyən elliptik məsələlərin müsbət həllərinin sıfırdan qlobal bifurkasiyası") adlı məqaləsi "Journal of Mathematical Analysis and Applications" ("Riyazi analiz və tətbiqləri jurnalı") beynəlxalq jurnalında dərc olunub.

Məqalədə indefinit çəkili elliptik tip xüsusi törəməli diferensial tənliklər üçün Dirixle sərhəd şərtli qeyr-xətti məxsusi qiymət məsələlərinə baxılır. Bu məsələlər biologiyada populyasiya genetikasında seleksiya-miqrasiya modelindən irəli gəlir. Burada baxılan məsələlərin həlləri çoxluğunun xətti məsələnin baş məxsusi ədədlərini özündə saxlayan parçalardan budaqlanan və həm müsbət, həm də mənfi funksiyalar siniflərində yerləşən iki cüt qeyri-məhdud əlaqəli komponentlərinin varlığı isbat edilib.

1960-cı ildən nəşr olunan "Journal of Mathematical Analysis and Applications" jurnalı riyaziyyat sahəsində dünyanın ən məşhur və nüfuzuna görə ilk sıralarda  (impakt faktor 1.188) yer alan Q1 reytingli jurnallarından biridır (Journal Citation Reports®, Clarivate Analytics 2019).

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://doi.org/10.1016/j.jmaa.2020.124252

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026