BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

23/06/2020

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu Harnessing nanoparticles for the efficient delivery of the CRISPR/Cas9 system(“CRISPR/Cas9 sisteminin səmərəli çatdırılması üçün nanohissəciklərin istifadəsi”) adlı məqalə "Nano Today" beynəlxalq jurnalında dərc olunub. "Nano Today" nanotexnologiyalar sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarından biridir və impakt faktoru 16.582-dir. (2018 Journal Citation Reports®, Clarivate Analytics 2019)

Tədqiqat Azərbaycan alimlərinin “Nano Today” jurnalında ilk nəşridir. Məqalə İran, ABŞ, Türkiyə, Yaponiya və Azərbaycandan olan tədqiqatçıların beynəlxalq əməkdaşlığının nəticəsidir.

Məqalədə CRISPR/Cas9 sistem komponentlərinin nanomateriallar vasitəsi ilə çatdırılmasında son nailiyyətlərə baxılıb və gələcək problemlərin həlli istiqaməti göstərilib. CRISPR/Cas9 sisteminin komponentlərini hədəf hüceyrələrə çatdırmaq üçün müxtəlif fiziki və viral metodlardan istifadə edilib. CRISPR sistemi genomu redaktə etmək üçün çox güclü, təsirli və dəqiq bir vasitədir.

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

https://authors.elsevier.com/c/1bGUf6DSyB3mTb

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026