BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

29/04/2020

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və molekulyar biologiya kafedrasının müdiri, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “ Mapping local patterns of childhood overweight and wasting in low and middle-income countries between 2000 and 2017” (“2000 - 2017-ci illərdə aşağı və orta gəlirli ölkələrdə uşaq yaşlarında artıq çəki və çəki azlığı hallarının lokal modelinin xəritələşməsi”) adlı məqalə "Nature Medicine"  Beynəlxalq jurnalında dərc olunub. Məqalədə 105 aşağı və orta gəlirli ölkələrdə 5 yaşınadək uşaqlar arasında stres amil kimi artıq çəki və çəki azlığının qlobal səhiyyəyə təsiri mövzusu araşdırılıb.

1995-ci ildən nəşr olunan "Nature Medicine" tibb sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarından biridir və impakt faktoru 30.641-dir. (2018 Journal Citation Reports®, Clarivate Analytics 2019)

Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz: https://www.nature.com/articles/s41591-020-0807-6

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026