BDU professorunun əsərləri Dövlət Mükafatına təqdim edilib

11/05/2020

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, "Yer ehtiyatlarının aerokosmik tədqiqatları" ETL-in elmi rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Vasif Babazadə və həmin kafedranın dosenti Şəhla Abdullayevanın Azərbaycanın mineral xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərləri (8 monoqrafiya, 2 kosmotektonik xəritə) Elm sahəsi üzrə 2020-ci ilin Dövlət Mükafatına təqdim edilib.

Təqdim olunmuş monoqrafiyalar və kosmotektonik xəritələrdə filiz faydalı qazıntı yataqlarının yerləşmə və əmələgəlmə qanunauyğunluqlarının müəyyənləşdirilməsi və proqnozlaşdırılmasının elmi əsasları və fundamental-praktiki əhəmiyyət daşıyan nəticələri öz əksini tapıb.

Respublika üçün prioritet əhəmiyyət daşıyan müxtəlif növ mineral xammal növlərindən səmərəli istifadə yolları haqqında fikirlər irəli sürülüb, Azərbaycanın müxtəlif bölgələrində yerləşən qızıl yataqlarının öyrənilməsi, bu günün və gələcəyin iqtisadi konyukturasından asılı olaraq onların istismara cəlb edilməsi, ümumilikdə geoloji-iqtisadi qiymətləndirmənin aparılması və qızılçıxarma sənayesi kimi yeni dağ-mədən infrastrukturunun yaradılması məsələlərinə geniş yer verilib.

Aparılan tədqiqat işlərində müəlliflər Azərbaycan ərazisinin geoloji quruluşu, faydalı qazıntı növlərinin əmələ gəlməsi, yayılması, yerləşmə dərinlikləri və istismara dəyərliliyi haqqında çöl tədqiqatları ilə təcrübədən keçirilmiş və əsaslandırılmış elmi təkliflər irəli sürülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təbii sərvətlərdən səmərəli istifadənin təmin edilməsi və ölkə iqtisadiyyatının əsas sektorlarının gələcək tələbatını ödəməyə qadir olan mineral xammal bazasının formalaşdırılması məqsədilə 2020-ci il 16 mart tarixində "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 


Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026

BDU-da dünya şöhrətli alim Lütfi Zadənin 105 illik yubileyi qeyd olunub

BDU-da dünya şöhrətli alim Lütfi Zadənin 105 illik yubileyi qeyd olunub
05/02/2026