BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

28/09/2026

Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Maqsud Narikbayev Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Maqsut Narikbayev Universitetinin akademik məsələlər üzrə birinci vitse-prezidenti Anar İbrayeva imzalayıb.

Memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə birgə konfrans, sərgi, seminar, simpozium və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər də əksini tapıb.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026