“BDU qocaman müəllimlərin gözü ilə”: Professor İzzət Rüstəmovla görüş

27/05/2024

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyi çərçivəsində həyata keçirilən “BDU qocaman müəllimlərin gözü ilə” layihəsinin növbəti qonağı Sosial elmlər və psixologiya fakültəsinin məsləhətçi professoru İzzət Rüstəmov olub.

Görüşün moderatoru, BDU-nun tarixi muzeyinin müdiri Günel Orucəliyeva layihənin məqsədindən, 105 yaşını qeyd etməyə hazırlaşan qocaman Universitetdə həyata keçirilən yubiley tədbirlərindən danışıb.

Görüşdə İzzət Rüstəmov Universitetlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqənin formalaşmasında, elmi dəyərlərin zənginləşməsində Universitetin rolu danılmazdır. Tarixin müxtəlif keşməkeşli dövrlərindən keçən Universitet bütün inkişafı boyu öz müqəddəs missiyasını şərəflə daşıyıb, ölkəmizdə əsas elm və təhsil məbədi, milli düşüncənin formalaşma mərkəzi  kimi nüfuz qazanıb.
Professor İzzət Rüstəmov Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əmək fəaliyyətindən bəhs edib. Ümummilli Liderin müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünya ölkələri içərisində tanınmasında göstərdiyi misilsiz xidmətlərə diqqət çəkib.

İzzət Rüstəmov sonra oğlu, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun keçdiyi döyüş yolundan, etdiyi qəhrəmanlıqlardan da danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026