BDU Qırğızıstan-Rusiya Slavyan Universiteti ilə əməkdaşlığı genişləndirir

18/12/2024

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti Bişkek şəhərində yerləşən Qırğızıstan-Rusiya Slavyan Universitetinə işgüzar səfər edib.

Səfər çərçivəsində BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov Qırğızıstan-Rusiya Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Yelena Devyatova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yuliya Kalyujnaya, Beynəlxalq əlaqələr fakültəsinin dekanı Rəhman Allahverdiyev və Təbiət mühəndislik elmləri fakültəsinin dekanı Nikita Komarsov ilə görüş keçiriblər. Görüş zamanı ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə və elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyəti son illərdə BDU-nun elmi fəaliyyətinin inkişafı və universitetin qlobal arenada nüfuzunun artırılması istiqamətində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər barədə təqdimatla çıxış edib.

Qırğızıstan-Rusiya Slavyan Universitetinin tədris işləri üzrə prorektoru Yelena Devyatova BDU ilə əməkdaşlığın hər iki universitet üçün böyük perspektivlər yaratdığını, birgə layihələrin, eləcə də akademik mübadilələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026