BDU QS reytinq təşkilatı tərəfindən “Performansın Yüksəlməsi Mükafatı” ilə təltif olunub

11/07/2024

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” (QS) agentliyi tərəfindən tərtib olunan bir sıra reytinqlərdə son illərdə əldə etdiyi uğurlara görə “Performansın Yüksəlməsi Mükafatı” (“Performance Improvement Award”) ilə təltif olunub. Mükafat BDU-nun rektoru Elçin Babayevə QS-in baş vitse-prezidenti Ben Sowter tərəfindən təqdim olunub. İspaniya Krallığının Barselona şəhərində keçirilən “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” (“QS Higher Ed Summit: Europe 2024”) tədbirində baş tutan təltifolunma mərasimində QS-in baş vitse-prezidenti BDU-nun son illərdə reyinqlərdə əhəmiyyətli irəliləyişi ilə bağlı uğurunu vurğulayıb.

Məlumat üçün bildirək ki, BDU böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşıb və ölkədə lider mövqeyə yüksəlib. BDU eyni zamanda “Tələbə-müəllim nisbəti” (“Faculty-Student Ratio”) indikatoru üzrə dünyada 373-cü, “Məşğulluq göstəriciləri” (“Employer Outcomes”) indikatoru üzrə isə 271-ci mövqedə qərarlaşıb. Bununla yanaşı, müxtəlif indikatorlara görə qiymətləndirmə nəticələrinə əsasən, BDU “Tələbə-müəllim nisbəti” (“Faculty-Student Ratio”), “Fakültə üzrə istinad” (“Citation per Faculty”), “Beynəlxalq tədqiqat şəbəkəsi” (“International Research Network”) və “Məşğulluq göstəriciləri” (“Employer Outcomes”) indikatorları üzrə ölkədə lider mövqeyindədir.

Eləcə də BDU “QS Avropa 2025” (“QS Europe 2025”) reytinqində qiymətləndirmə nəticəsi olaraq əvvəlki illə müqayisədə 43% irəliləyiş eldə edib və 78 pillə irəliləyərək 336-cı mövqeyə, “QS Qərbi Asiya 2025” (“QS Western Asia 2025”) reytinq siyahısında isə 4 pillə irəliləyərək 93 universitet arasında 15-ci mövqeyə yüksəlib.

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026