BDU “QS World University Rankings” beynəlxalq reytinqində

20/06/2022

“QS World University Rankings” beynəlxalq reytinq agentliyi 2023-cü il üçün dünya universitetlərinin növbəti reytinq siyahısını açıqlayıb. 2011-ci ildən başlayaraq dünya universitetlərinin reytinqi siyahısına daxil olan Bakı Dövlət Universiteti (BDU) bu il də siyahıya daxil edilərək, 1001-1200-cü yerdə qərarlaşıb.

Belə ki, öz strategiyasında təhsil və elmi tədqiqatların sıx inteqrasiyasını, o cümlədən tələbələrin tədris praktikasının birbaşa olaraq tədqiqatla əlaqələndirilməsini əsas götürən BDU reytinq siyahısında akademik nüfuz, fakültə/tələbə nisbəti və beynəlxalq tələbə nisbəti göstəriciləri üzrə irəliləyib. BDU məşğulluq nəticələrinə görə reytinq siyahısında 486-cı yerdə qərarlaşıb.
QS beynəlxalq reytinqində dünya universitetləri 6 göstərici – akademik nüfuz (academic reputation (40%)), işəgötürənlər nüfuzu (employer reputation (10%)), fakültə/tələbə nisbəti (faculty/student ratio (20%)), fakültə üzrə istinadlar (citations per faculty (20%)), beynəlxalq fakültə nisbəti (international faculty ratio (5%)) və beynəlxalq tələbə nisbəti (international student ratio (5%)) əsasında müqayisə edilir.

Onu da qeyd edək ki, BDU Azərbaycan universitetləri arasında Böyük Britaniyanın Times Higher Education (THE) jurnalı tərəfindən tərtib olunan və dünyanın  ən nüfuzlu reytinqlərindən hesab olunan Dünya Universitetləri Reytinqində (THE World University Ranking) yer alan yeganə universitetdir.

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026