BDU “QS World University Rankings” siyahısında

06/09/2016

Belə ki, BDU “QS World University Rankings 2016/2017” reytinqində 701+ yerdə qərarlaşıb. Universitet reytinqinin tərtib olunmasında bir neçə meyar – akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınıb.

Xatırladaq ki, ötən il Bakı Dövlət Universiteti İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu universitetlərinin reytinqini müəyyənləşdirən “QS Quacquarelli Symonds LTD” şirkətinin siyahısında 88-ci, Beynəlxaq Round University Ranking (RUR) cədvəlində 750 universitet arasında yer tutmuşdu. Bundan əlavə, BDU Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən tərtib edilən dünyanın ən yaxşı 2000 universitetinin siyahısında və MDB-yə üzv ölkələr üzrə 153 universitet arasında aparılan sorğuya əsasən 40-cı pillədə qərarlaşmışdı.

BDU-nun Mətbuat və informasiya şöbəsi, 6 sentyabr 2016.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026