BDU “QS World University Rankings” siyahısında Azərbaycanı təmsil edən yeganə universitetdir

19/07/2019

Bakı Dövlət Universiteti dünya universtitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings” beynəlxalq reytinq agentliyinin siyahısında yer tutub.
“QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.
Universitet reytinqinin tərtib olunmasında akademik göstəricilər, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında nüfuzu, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin sayı nəzərə alınır.
Qeyd edək ki, Bakı Dövlət Universiteti , eyni zamanda, ötən il "Webometrics", "Round University Ranking", “U-Multirank”, “Scimago İnstitutions Ranking” və “QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq agentliklərinin siyahısında da yer tutmuşdu.


Mətbuat və informasiya şöbəsi, 19 iyul 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026