BDU rektoru Almatıda Satbayev Universitetində keçirilən görüşlərdə iştirak edib

08/04/2026

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstanın Almatı şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetində keçirilən görüşlərdə iştirak edib.

Görüşlər zamanı ali təhsil və elmi tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə mühəndislik, texnologiya, tətbiqi elmlər və innovasiya istiqamətlərində birgə layihələrin həyata keçirilməsi, akademik mobillik proqramlarının genişləndirilməsi və ikili diplom imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda universitetlər arasında birgə tədqiqat təşəbbüslərinin irəli sürülməsi, elmi mərkəzlər və laboratoriyalar arasında əməkdaşlığın qurulması, eləcə də müəllim və tədqiqatçıların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Səfər çərçivəsində universitetin maddi-texniki bazası, tədris və tədqiqat infrastrukturu ilə tanışlıq baş tutub.

Görüş Bakı Dövlət Universiteti ilə Satbayev Universiteti arasında davam edən əməkdaşlığın genişləndirilməsi üçün imkanların qiymətləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026