BDU ilə Bilkənt Universitetinin Beynəlxalq Nanotexnologiya Tədqiqat Mərkəzinin akademik və elmi əlaqələri genişlənir

29/08/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bilkənt Universitetinin Beynəlxalq Nanotexnologiya Tədqiqat Mərkəzində (Ulusal Nanoteknoloji Araştırma Merkezi  (UNAM)) aparılan tədqiqat işləri ilə tanış olub.

BDU-nun rektoru Elçin Babayev rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Elçin Babayev BDU-da təhsil və tədris prosesindəki yenilik, innovasiya və elmi-tədqiqatlar barədə danışıb. O, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında aparılan elmi araşdırmaların nəticələri  barədə də məlumat verib.

Görüşdə qeyd olunub ki, Bilkənt Universitetinin Beynəlxalq Nanotexnologiya Tədqiqat Mərkəzi nanologiya və nanotexnologiya sahəsində elektrik və elektron mühəndisliyi, maşınqayırma, fizika, kimya və molekulyar biologiya kimi fənlərdə beynəlxalq elmi və texnoloji mükəmməlliyi inkişaf etdirmək üçün 2007-ci ildə milli laboratoriya kimi yaradılıb. Mərkəz 1800-dən çox istifadəçi üçün milli laboratoriya kimi fəaliyyət göstərir, 118 akademik universitet və 114 sənaye şirkəti ilə əməkdaşlıq edir.

Görüş zamanı BDU ilə UNAM arasında mövcud akademik və elmi əlaqələrin genişləndirilməsi, təhsil sahəsində əməkdaşlığın perspektivləri, birgə tədqiqatların aparılması müzakirə olunub.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026