BDU rektoru EBSCO nəşriyyatının MDB ölkələri üzrə direktoru ilə görüşüb

13/03/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev EBSCO nəşriyyatının MDB ölkələri üzrə direktoru Andrey Sokolovla görüşüb.

Rektor Elçin Babayev qonağa BDU-nun Elmi Kitabxanasının modernləşdirilməsi istiqamətində son illər görülən işlər, bu sahə üzrə kadr hazırlığı barədə məlumat verib. Qeyd edib ki, BDU alimləri “Web of science” bazasında məqalə nəşrinə görə Azərbaycan universitetləri arasında ilk yerdədir. BDU-nun Hirş indeksi artıq 55-dir. Rektor qeyd edib ki, bu sahədə müasir dövrün tələblərinə cavab verən kadr hazırlığını həyata keçirmək üçün BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilərək İnformasiya və sənəd menecmenti fakültəsi adlandırılıb.

EBSCO nəşriyyatının MDB ölkələri üzrə direktoru Andrey Sokolov da BDU ilə əməkdaşlıqdan məmnun olduğunu bildirib. Qeyd edib ki, EBSCOHost şirkəti aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. BDU Elmi Kitabxanası oxucularına elm və tədris sahələrinə aid müxtəlif məlumat bazalarından istifadə etmək üçün EBSCO şirkəti ilə abunə yazılışını həyata keçirir. Elmi Kitabxana 20 ildir ki, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində müqavilələr əsasında EBSCOHost şirkəti ilə əməkdaşlıq edir və üzv təşkilatlara lazım olan elm və tədris sahələrinə aid onlayn ədəbiyyatı sifariş edir.

Görüşdə BDU ilə EBSCO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025