BDU rektoru Elçin Babayev “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

03/03/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə şirkətin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Angela Lin, Orta Şərq və Mərkəzi Asiya regionu üzrə ictimai əlaqələr meneceri Kira Zhou, “Huawei” şirkətinin Azərbaycan üzrə proqram rəhbəri Nigar Əliyeva, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova və rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov iştirak ediblər.

Görüşdə tərəflər arasında informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və sözügedən sahədə tədrisin və infrastrukturun inkişafı üçün birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib.

BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Çinin nüfuzlu universitetləri və tədqiqat institutları ilə sıx əməkdaşlıq edir. Universitetin 12 beynəlxalq ikili diplom proqramından biri Çinin Anhui Universiteti ilə həyata keçirilir. Dövlət-universitet-sənaye konsepsiyasını uğurla həyata keçirən BDU beynəlxalq şirkətlərlə də əməkdaşlıqda maraqlıdır.

“Huawei” şirkətinin vitse-prezidenti Angela Lin şirkətin təhsil sahəsindəki təcrübəsini və resurslarını BDU ilə paylaşmağa hazır olduqlarını bildirib.

Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq istiqamətləri üzrə konkret addımlar atmaq qərarına gəliblər. Belə ki, yaxın zamanda BDU-da İKT sahəsi üzrə bir qrup müəllim və tələbə süni intellekt, 5G sahələri üzrə təlimlərə cəlb ediləcək. BDU-da “İKT istedadları” adlı proqram fəaliyyətə başlayacaq.

Universitet ilə “Huawei” şirkəti arasında İKT bacarıqlarının inkişaf etdirilməsi, tədqiqat, tədris, bilik və təcrübə mübadiləsi sahələrində konkret addımları əks etdirən fəaliyyət planı təsdiqlənəcək.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026