BDU rektoru Çinin Anhui Universitetinin nəzdində Azərbaycanşünaslıq Mərkəzi ilə tanış olub

12/12/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çin Xalq Respublikasının (ÇXR) Anhui Universitetinin nəzdində Azərbaycanşünaslıq Mərkəzi ilə tanış olub. Rektor Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirildiyi və “Heydər Əliyev İli”nin elan olunduğu ildə BDU-dan olan nümayəndə heyətinin ÇXR-ə səfərinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. 12 dekabrın Ümummilli Lider Heydər Əliyevin anım günü olduğunu qeyd edən rektor bildirib ki, Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi Azərbaycan dövlətçiliyinin müasir tarixinə əbədi həkk olunub. Azərbaycan-Çin dostluğunun təməli də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Rektor Ümummilli Lider Heydər Əliyevin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyib, Ulu Öndərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Daha sonra rektor Elçin Babayev Anhui Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzində yaradılan şəraitə görə də prezident Kuang Guangliyə minnətdarlığını bildirib.

Xəbərlər

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib

BDU-nun rektoru Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə iştirak edib
04/02/2026

BDU-nun professoru Rasim Məmmədov vəfat edib

BDU-nun professoru Rasim Məmmədov vəfat edib
04/02/2026

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub

BDU ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” arasında əməkdaşlıq imkanları müzakirə olunub
04/02/2026