BDU rektoru Kubanın yeni səfirini qəbul edib

05/12/2012

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib. Yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirən rektor, ona fəaliyyətində uğurlar arzulayıb. Qonağa universitet haqqında məlumat verən akademik Abel Məhərrəmov, əsasən universitetin beynəlxalq əlaqələrindən danışıb.

Bakı Dövlət Universitetində olmağından şad olduğunu deyən  səfir Omar Senon Medina Kinteron Kuba universitetləri ilə BDU arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səfir universitetlə yaxından tanış olmaq məqsədilə tədris və elmi-tədqiqat  laboratoriyaları və digər mərkəzlərə  baş çəkib.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 05 dekabr 2012-cu il.

Xəbərlər

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi beynəlxalq olimpiadada bürünc medal qazanıb
25/06/2026