BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb

18/09/2019

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2019/2020-ci tədris ilinin tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş Hüquq fakültəsinin tələbələri ilə görüşüb. Universitetin 100 illiyinin tamamında onun bir üzvünə çevrilməyin şərəfindən danışan rektor Prezident təqaüdçülərini təbrik edib, təhsil və tədrisdə uğurlar arzulayıb.

Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə və elmə göstərdikləri diqqət və qayğıdan danışan rektor Elçin Babayev təqaüdçü tələbələrin savadlı, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, fəaliyyətlərində vətənpərvərlik, dövlətçilik prinsiplərini əsas tutacaqlarına, eyni zamanda, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə inandığını söyləyib.

E.Babayev universitetin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsinin əsas hədəf kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən tədqiqata yönləndirilməsi məqsədi ilə yüksək bal toplayaraq universitetə qəbul olunmuş və araşdırmaya xüsusi maraq göstərən tələbələrin, o cümlədən Prezident təqaüdçülərinin elmi fəaliyyətə cəlb edilməsi istiqamətində bir sıra islahatlar və intensiv işlər aparılır.

Bu tədris ilində universitetin bir çox yeniliklər etdiyini vurğulayan rektor təhsilin forma və məzmununda dəyişikliklər aparıldığını, bir çox fənlərin proqramlarının dövlətin elm və təhsil sahəsində siyasətinə və əmək bazarının tələbatına uyğun olaraq yenidən işləndiyini, elm və təhsilin əlaqəsini daha da artırmaq məqsədilə elmi tədqiqat institutları, mərkəzlər və laboratoriyaların əməkdaşlarının tədris prosesinə cəlb edildiyini bildirib. Rektorun sözlərindən o da aydın olub ki, tələbələrin tədris təcrübələrinin müvafiq elmi mərkəzlərdə təşkili, elmi tədqiqatların və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra laboratoriyaların və auditoriyaların əsaslı təmiri, müasir cihaz və avadanlıqlarla təchiz edilməsi istiqamətində də müvafiq işlər görülüb. Rektor yataqxana binasının yenidən qurulduğunu, tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeməkxana kompleksinin müasir standartlara cavab verən vəziyyətə gətirildiyini və keyfiyyətli qida ilə təmin edildiyini də diqqətə çatdırıb.

Tələbələrə imtahan sessiyası, onun təşkili və keçirilmə formaları haqqında məlumat verən Elçin Babayev bildirib ki, istək və arzuları, təklif və problemləri olacağı təqdirdə Əsas tədris binasında qoyulmuş xüsusi qutu və universitetin rəsmi bsu.edu.az saytının “Tələbədən rektora” bölməsi vasitəsilə yazılı müraciət edə bilərlər.

Sonra Elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva, Rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri Əliş Ağamirzəyev çıxış edərək tələbələri təbrik edib, uğurlar arzulayıblar.

Tələbələr adından çıxış edən Prezident təqaüdçüsü Seyidbəyim Hüseynova görüş və səsləndirilən dəyərli fikirlər üçün təşəkkürünü bildirib.


18 sentyabr 2019-cu il.

KIV-də yayımlananlar

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024