BDU rektoru qəbul imtahanlarında ən yüksək nəticə göstərən tələbələrlə görüşüb

26/10/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2023-2024-cü tədris ili üzrə qəbul imtahanlarında 670-dən yuxarı bal toplayan BDU tələbələri Nuranə Payızova, Kübra Həsənzadə, Zəhra Hüseynova, Aysu Rəcəbova və Səmayə Abbasquliyeva ilə görüşüb.

Rektor tələbələri qəbul imtahanlarında qazandıqları yüksək nəticələrə görə təbrik edib, onlara uğurlar arzulayıb. Elçin Babayev diqqətə çatdırıb ki, son 3 ildə BDU-da Riyaziyyat müəllimliyi ixtisasına qəbul üzrə yüksək bal Hüquq fakültəsinin ən yüksək balı ilə demək olar ki, bərabərləşib. Bu, çox sevindirici haldır: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız böyük qələbədən sonra doğma Qarabağımızda və ölkəmizin hər yerində yüksəkixtisaslı mütəxəssislərə böyük ehtiyac var. Sizin bu missiyanı şərəflə yerinə yetirəcəyinizə, ölkəmizi layiqincə təmsil edəcəyinizə əminəm”.

Rektor tələbələrə tək tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub

BDU-nun 12 tələbəsi “IT SkillSprint” proqramını uğurla başa vurub
17/07/2026