BDU rektoru “QəbuldASAN” verilişinin qonağı olub, sual ünvanlayan tələbələri qəbul edib

05/07/2019

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “ASAN Radio”nun “QəbuldASAN” verilişinin qonağı olub. Emin Musəvinin müəllifi və aparıcısı olduğu veriliş həm radionun, həm də Bakı Dövlət Universitetinin rəsmi facebook səhifəsində canlı yayımlanıb.

Elçin Babayev veriliş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı 2017-ci il 14 noyabr tarixli Sərəncamından, UNESCO-nun Parisdəki baş qərargahında universitetin 100 illik yubileyinin qeyd edilməsindən danışıb, “Baku Crystal Hall”da keçirilən “BDU-100 Məzun günü”nün universitetin 100 illiyinə həsr olunduğunu bildirib.

Universitetin yeni inkişaf strategiyası - 5.0 haqqında danışan rektor bildirib ki, təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində işlər görülür.

Verilişdə, eyni zamanda, professor Şirməmməd Hüseynov haqqında da danışılıb. Rektor Şirməmməd Hüseynovun vəfatı ilə elm ictimaiyyətinə ağır itki üz verdiyini, alimin Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti olduğunu və Jurnalistika fakültəsində onun işlərinin davam etdiriləcəyini qeyd edib.

Universitetin beynəlxalq əlaqələrindən bəhs edən rektor Bakı Dövlət Universiteti ilə Fransanın Lion-2 Universitetinin “Əqli mülkiyyət hüququ” üzrə birgə kadr hazırlayacaqlarını və ikili diplomlar verəcəklərini qeyd edib. Eyni zamanda, Almaniyanın Vürsburq Universiteti ilə “Avropa hüququ” istiqamətində birgə kadr hazırlığını, indiyədək 50 nəfər tələbənin ikili diplom aldığını diqqətə çatdırıb. Rektor Elçin Babayev Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi üzrə ikili diplom proqramının hazırlığına toxunub, hazırda 2 doktorantın həmin universitetdə tədqiqat apardıqlarını bildirib.

Əksəriyyəti tələbələr və valideynlər olan dinləyicilər suallarını “ASAN Radio”nun rəsmi facebook səhifəsi, WhatsApp və şəhər nömrəsi vasitəsilə veriblər. 50 dəqiqəlik veriliş ərzində vaxt baxımından cavablandırılmayan suallara aydınlıq gətirmək, həmçinin araşdırma tələb edən müraciətlərə baxmaq məqsədilə rektor Elçin Babayev bu gün universitetdə qəbul keçirib. Bir çox müraciətlər yerində həll edilib, bəzi məsələlərin araşdırılması və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.

 

Mətbuat və informasiya şöbəsi,  05 iyul 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib
25/04/2024

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş

BDU-nun Filologiya fakültəsində tanınmış yazıçı-jurnalist Varis Yolçuyevlə görüş
25/04/2024

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

BDU və Çinin Hefei Texnologiya Universiteti arasında əməkdaşlığın gücləndirilməsi müzakirə edilib
25/04/2024