BDU rektoru Satbayev Universitetinin rəhbərliyi ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

01/11/2025

Astanada keçirilən “Qazaxıstan – akademik bilik məkanı” Strateji Tərəfdaşlar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev ilə Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin İdarə Heyətinin sədri - rektoru Meiram Begentayev arasında fikir mübadiləsi aparılıb.

Tərəflər müasir elmi prioritetlər kontekstində mühəndislik, nanotexnologiyalar, materialşünaslıq və tətbiqi elmlər istiqamətlərində birgə tədqiqatların aparılması, eləcə də hər iki universitetdə texnologiya transferi mərkəzlərinin fəaliyyətinin koordinasiyası məsələlərinə toxunublar.

2021-ci ildə imzalanmış müqavilə əsasında hazırda BDU-nun Kimya fakültəsi ilə Satbayev Universitetinin Kimya və Biotexnologiyalar İnstitutu arasında “Neft kimyası” ixtisası üzrə birgə magistratura proqramı icra olunur. Görüşdə proqramın səmərəliliyinin artırılması, yeni laborator təlim modellərinin tətbiqi və gələcəkdə doktorantura səviyyəsində ortaq proqramların yaradılması kimi təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026