BDU rektoru “TRT Avaz”a müsahibə verib

02/12/2015

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin “TRT Avaz” kanalına müsahibə verib. Rektor müsahibəsində Bakı Dövlət Universiteti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) işbirliyindən, Türkiyə universitetləri ilə əlaqələrdən danışıb. Rektorun sözlərindən məlum olub ki, bu ilin əvvəlində jurnalistika fakültəsinin tələbə qəbulunda müvəffəqiyyət əldə edərək uğurlu nəticə göstərmiş 10 tələbəsi, avqust ayında isə bir qrup müəllimi Türkiyəyə səfər edib, media qurumları və universitetlərdə olublar. Adıçəkilən universitetlərin iletişim fakültələrinin rəhbərləri və müəllimlərlə keçirilən görüşlərdə tədris proqramları, fənnin tədris metodikası müzakirə olunub, gələcək əməkdaşlıq məsələləri təhlil edilib. Rektor, eyni zamanda,  Bakı Dövlət Universiteti və TİKA-nın anlaşmasına əsasən Jurnalistika fakültəsinin Tədris-televiziya və radio studiyasının yenidən qurulmasından da söz açıb. Akademik Abel Məhərrəmov  müsahibənin sonunda reallaşdırılan layihələrin əhəmiyyətini qeyd edərək, bütün bunların jurnalistika fakültəsində aparılacaq islahatlara müsbət təsir göstərəcəyini qeyd edib və TİKA-ya təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi, 02 dekabr 2015-ci il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026