BDU rektoru xarici tələbələrlə görüşüb

07/02/2020

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetdə təhsil alan xarici tələbələr ilə görüşüb.

Görüşdə Çin, Misir, İndoneziya, Qazaxıstan, Tacikistan və Sudandan olan BDU-da təhsil alan tələbələr iştirak ediblər.

Rektor gələcəkdə savadlı mütəxəssislərə, təhsilli gənclərə tələbatın artacağını bildirib, tələbələrə təhsillərinə xüsusi diqqət ayırmalarını tövsiyə edib. E. Babayev onların təhsildə qazandıqları uğurların, ictimai aktivliklərinin vacibliyini xüsusi vurğulayıb. Çinli tələbələrlə keçən səmimi dialoqda Azərbaycanla Şərq ölkələri, xüsusilə Çinlə təhsil sahəsində ikitərəfli əlaqələrin olduğunu deyib.

Müxtəlif təhsil pillələrində təhsil alan xarici tələbələr dəstəyə görə Bakı Dövlət Universitetinin rəhbərliyinə təşəkkür ediblər. Onlar, həmçinin BDU-dan məzun olan tələbələrin hazırda təmsil etdikləri ölkələrdə müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını bildiriblər.

Sonda tələbələrin problemləri, çətinlikləri və onları maraqlandıran məsələlərə münasibət bildirən rektor onu da qeyd edib ki, universitetin yeni yataqxanası yaxında istifadəyə veriləcək.

Qeyd edək ki, görüşdə həmçinin qrant layihələrinin qalibi olmuş və BDU-da təhsil alma hüququ qazanmış tələbələr də iştirak ediblər.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026