BDU rektoru Özbəkistanda beynəlxalq elmi konfransda plenar məruzə ilə çıxış edib

26/09/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin təşkilatçılığı ilə məşhur özbək astronomu Əli Quşçunun anadan olmasının 620 və Özbəkistan Elmlər Akademiyasının 80 illik yubileylərinə həsr olunmuş “Əli Quşçu – Uluqbəy elmi məktəbinin görkəmli səfiri” adlı beynəlxalq elmi konfransda “Nəsirəddin Tusi, Mirzə Uluqbəy və Əli Quşçu: böyük türk astronomları və onların nüfuzlu elmi məktəbləri” mövzusunda plenar məruzə ilə çıxış edib. Konfransda ABŞ, Azərbaycan, Türkiyə, Çin, Rusiya, Hindistan, Cənubi Koreyadan 30-dan artıq nüfuzlu alim və mütəxəssis təmsil olunub.

Nəsirəddin Tusi, Mirzə Uluqbəy və Əli Quşçunun dünyada tanınmış elmi məktəblərinim uğurları haqqında müqayisəli təhlil aparan rektor Elçin Babayev qeyd edib ki, eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə malik olan Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın kökləri tarixin dərin qatlarına gedib çıxır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Qürurvericidir ki, həmişə Azərbaycanın haqq savaşını dəstəkləyən Özbəkistan artıq azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirilir.

Rektor Elçin Babayev BDU ilə Özbəkistan universitetləri arasında əlaqələrin də son illər daha da inkişaf etdiyini, artıq qardaş ölkənin 8 universiteti ilə ikitərəfli müqavilələrin  imzalandığını xatırladıb.

BDU rektoru Səmərqənd Dövlət Universitetinin Mühəndis Fizikası İnstitutunda Səmərqənd Kvant Mərkəzinin açılışına həsr olunmuş “Kvant nano-bio texnologiyaları” elmi simpoziumunda da iştirak edib. Həmçinin konfrans çərçivəsində Çinin Şimal-Qərb Normal Universitetinin yüksək səviyyəli nümayəndə heyəti, Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutunun direktoru, akademik Şuxrat Ehqamberdiyev, BDU-nun 1970-ci il məzunu, Səmərqənd Dövlət Universitetinin Nəzəri fizika və kvant elektronikası kafedrasının professoru Rustam İbadovla müzakirələr aparıb.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2024

BDU-nun təsis etdiyi elmi jurnal BMT-nin AGRIS beynəlxalq bazasına daxil edilib

BDU-nun təsis etdiyi elmi jurnal BMT-nin AGRIS beynəlxalq bazasına daxil edilib
21/02/2024

BDU və DSMF-nin əməkdaşları sosial iş sahəsi üzrə maarifləndirmə tədbirlərinə dair görüş keçiriblər

BDU və DSMF-nin əməkdaşları sosial iş sahəsi üzrə maarifləndirmə tədbirlərinə dair görüş keçiriblər
21/02/2024