BDU reytinq cədvəlində birinci olub

27/12/2013

Media Consalting & Services noyabr ayı üzrə Universitetlər haqqında dərc olunan məlumatların statistikasını açıqlayıb. Statistika ölkənin aparıcı universitetləri arasında aparılıb. Modern.az xəbər verir ki, 20 ali məktəbin monitorinqinin nəticələrinə görə, Bakı Dövlət Universiteti birinci olub.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Modern.az-a təəssüratlarını bölüşüb. O, Universitetin belə bir birinciliyə nail olmasını operativliklə əldə etdiklərini bildirdi. “Media Consalting & Services təkcə universitetlərin yox, həm də ölkədə digər qurumların bank sektorunun və s. monitorinqini aparır. Mənə də onların monitrinqi ilə tanış olmaq xoş oldu. Universitetlər üzrə ilk yeri məlumatların strukturlarını faizlə göstəriblər. Noyabr ayı üzrə Universitetlər haqqında dərc olunan məlumatların statistikasını təqdim ediblər. İlk yerdə 32,5 faizlə Bakı Dövlət Universiteti yer alıb. Sonrakı yerlər 7.4, 7.1%-lə başlayır. Görünən odur ki, Bakı Dövlət Universiteti böyük üstünlüklə digər ali məktəbləri qabaqlayıb. Mən buna həqiqətən çox sevindim. Gördüyümüz işin nəticəsi olaraq qəbul etdim”.

Universitetin daim öndə olduğunu deyən Pərvanı İbrahimova operativlik və peşəkarlıqlarının sirrini də bölüşdü. Onun sözlərinə görə, onun üçün iş saatının bitməsi yox, işin bitməsi önəmlidir. “Bakı Dövlət Universitetinin mətbuat xidməti olaraq mətbuatla işləmək bilavasitə bizim öhdəmizə düşür. Özümüzü tərifləmək üçün demirəm. Bu görünən işin nəticəsidir. Təbii ki, hər zaman operativliyə üstünlük verir, xəbərlərimizi operativ şəkildə yayımlayırıq. Həmişə demişəm ki, bizim üçün iş saatının bitməsi yox işin bitməsi önəmlidir. Ola bilər ki, iş saat 9-da, 10-da da bitsin. Amma biz işi yekunlaşdırmamış işdən ayrılmırıq. Bir məsələni də qeyd edim ki, burada monitorinq yazı üzrə aparılıb. Amma bizi artıq YouTube-da izləmək mümkündür. Belə ki, YouTube-da universitetin kanalını yaratmışıq. Ali məktəbdə keçirilən tədbirlər, toplantıların televiziyalarda yayımlanan verilişlər yazılır və həmin kanalda yerləşdirilir. Eyni zamanda bu videoların xəbərləri Universitetin saytında, eləcə də şöbəmizin saytına yerləşdirilir. Həmin videoları analoji xəbərin yanında qoyulur. Çünki bir vaxt insanlar yazıya daha çox önəm verirdilərsə, indi görüntü daha çox diqqəti cəlb etdi.  Biz bilirik ki, bu sahədə yeniliklər etməliyik. Univesitetin yeni video bölməsi açılıb ki, həmin videoları da ora yerləşdiririk. Daim öz üzərimizdə işləməliyik. Belə bir statistika apardıqlarına görə təşkilata öz təşəkkürümü bildirirəm. Bizi ilk yerə layiq görmələri bizim sonrakı işimizdə stimul oldu”.

Media Consalting & Servicesin rəhbəri Samir İsmayılda apardıqları monitorinqdən danışdı. Onun sözlərinə görə, məlumatlar sırf online mediada hansı universitetin haqqında nə qədər məlumat getdiyini və nə qədər adının çəkildiyini göstərilib. Bunun sayına görə ən öncə BDU gedir.

Samir İsmayıl onu da qeyd edib ki, hər ay belə bir statistika aparılır.

“Hər ay ən öndə gedən 20 universitetin haqqında dərc olunan məlumatların statistikasını aparılır. Bu ay isə online mediada daha çox BDU-nun adı keçib. Bu bütün universitetlərin haqqında yayımlanan məlumatların 3/1 deməkdir. Statistika tam şəffaf aparılıb. Yəni məlumatların sayına dəqiqliyinə 98 % təminat verirəm. Məlumatların hansı məzmunda olması ilə bağlı qiymətləndirmə aparmamışıq. Əsasən say göstəricisi nəzərə alınıb. Bu Universitetin adı digərlərinə nisbətən daha çox olub”.

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
12/12/2024