BDU Rumıniyanın Qərbi Timişoara Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

07/01/2025

Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasında dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı elm, təhsil mübadiləsinin təmin edilməsi xüsusi önəm daşıyır. Bu məqsədlə BDU ilə Rumıniyanın Qərbi Timişoara Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 1944-cü ildə qoyulan Qərbi Timişoara Universiteti QS Avropa Universitetləri reytinqində 52-ci sırada yer alır. 11 fakültəsi olan Universitetdə 16000-ə yaxın tələbə təhsil alır.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026