BDU Rusiyanın Həştərxan Dövlət Universiteti ilə Anlaşma Memorandumu imzalayıb

28/09/2018

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Rusiyanın Həştərxan Dövlət Universitetinin (HDU) rektoru, professor Konstantin Markelov və həmin universitetin Siyasi elmlər və Beynəlxalq Münasibətlər Departamentinin direktoru, professor Rafik Usmanov ilə görüşüb. Qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən akademik Abel Məhərrəmov Azərbaycanda son illər ərzində bütün sahələrdə, həmçinin təhsil sferasında yüksək nailliyyətlərin əldə olunmasından bəhs edib. Rektor BDU-nun beynəlxalq əlaqələrindən, Rusiyanın bir çox universitetləri ilə uğurlu əməkdaşlıqdan danışıb, HDU ilə birgə layihələrin genişləndirilməsinin önəmini vurğulayıb.

Professor Konstantin Markelov öz növbəsində, 100 illik yubileyi ərəfəsində olan bu ali təhsil ocağında xoş qarşılanmaya görə rektora təşəkkür edib. Azərbaycanın Rusiya, o cümlədən Həştərxan regionu ilə səmərəli əlaqələrinin olduğunu qeyd edib, təmsil etdiyi universitetin BDU ilə fundamental elmlər sahəsində mövcud əməkdaşlıq əlaqələrini humanitar elmlər üzrə genişləndirməkdə maraqlı olduqlarını söyləyib.

Görüşdə müəllim-tələbə mübadiləsi, yay məktəblərinin, konfransların təşkili, beynəlxalq layihələrdə iştirak və s. məsələləri özündə əks etdirən Anlaşma Memorandumu imzalanıb.

Səfər çərçivəsində qonaqlar universitetin elmi-tədqiqat mərkəzlərində olub, yaradılan münbit şəraitlə yaxından tanış olublar.

Qeyd edək ki, 1996-cı ildə Həştərxan Dövlət Pedaqoji İnstitutu kimi yaradılan HDU-nun 12 mindən artıq tələbəsi, 8 institutu, 20-dək elmi-tədris mərkəzi, 21 fakültəsi, 60-dək şöbəsi var.

 

Mətbuat və informasiya şöbəsi, 28 sentyabr 2018

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026