BDU SABAH qruplarının tələbələri ADA-da olublar

12/12/2018

Bakı Dövlət Universitetinin Coğrafiya müəllimliyi ixtisasında təhsil alan SABAH qrupları IV kurs tələbələri BDU-nun dosenti Mətanət Musayevanın rəhbərliyi ilə ADA universitetində olublar.

Səfər “İqtisadi coğrafiyanın nəzəri əsasları” fənninin daha dərindən mənimsənilməsi, ADA universitetində magistratura təhsili proqramı ilə tanışlıq və gələcək əməkdaşlıq məqsədi ilə təşkil olunub.

Səfər çərçivəsində ADA universitetinin müəllimi Anar Əliyev tələbələrə “Urban” adlı mühazirə oxuyub, onların suallarınıcavablandırıb.

Tələbələr həmçinin ADA universitetinin kitabxanasına baş çəkib, asudə vaxtın səmərəli keçirilməsi üçün yaradılan şəraitləyaxından tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 12 dekabr 2018-ci il.

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026