BDU “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə kadr hazırlığına başlayır

14/07/2026

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

“Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması siyasi proseslərin elmi təhlili, strateji proqnozlaşdırma, qərarvermə mexanizmlərinin araşdırılması və siyasət sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib.

Tədris proqramı çərçivəsində magistrantlar siyasi təhlil metodları, strateji araşdırmalar, məlumatların analizi, siyasi risklərin qiymətləndirilməsi, dövlət və beynəlxalq siyasətin təhlili, ictimai rəyin öyrənilməsi, siyasi proqnozlaşdırma sahələrində nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər.

İxtisaslaşmanın əsas məqsədi siyasi prosesləri obyektiv qiymətləndirə bilən, analitik hesabatlar hazırlayan, strateji qərarların qəbuluna elmi əsaslarla töhfə verən yüksəkixtisaslı mütəxəssislər yetişdirməkdir.

Proqramın məzunları analitik mərkəzlərdə, dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, tədqiqat institutlarında, media qurumlarında və siyasət təhlili ilə məşğul olan digər müəssisələrdə peşəkar fəaliyyət göstərə biləcəklər.

Yeni ixtisaslaşmanın ölkədə siyasi analitika və strateji araşdırmalar sahəsində elmi potensialın gücləndirilməsinə, müasir analitik yanaşmaların inkişafına və peşəkar ekspert kadrlarının hazırlanmasına mühüm töhfə verəcəyi gözlənilir.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026