BDU Səlcuq Universiteti ilə Mövlanə Mübadilə protokolu imzalayıb

27/05/2015

Səlcuq Universitetinin rektoru, professor Hakkı Gökbelinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları universitetin rektoru, akademik Abel Məhərrəmov salamlayıb, universitetin tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verdikdən sonra Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq əlaqələrindən, Türkiyə universitetləri ilə əməkdaşlıqdan, Mövlanə Mübadilə proqramından bəhs edib.

Səlcuq Universitetinin rektoru, professor Hakkı Gökbelin, öz növbəsində, rəhbərlik etdiyi universitet haqqında məlumat verib, gəlişinin məqsədindən və gələcək əməkdaşlıq perspektivlərindən danışıb.

Sonra Bakı Dövlət Universiteti ilə Səlcuq Universiteti arasında Mövlanə Mübadilə proqramı çərçivəsində Mövlanə Mübadilə protokolu imzalanıb. Protokol tələbə və professor-müəllim heyətinin mübadiləsini, ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdə tutur.

Sonda qonaqlar universitetin Tədris Elektron mərkəzi və elmi laboratoriyaları ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 27 may 2015-ci il.

Xəbərlər

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar

BDU-da memarlıq irsinə həsr olunmuş elmi seminar
26/11/2026

BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər

BDU-nun tələbə və əməkdaşları “FUTURE17 SDG Challenge” beynəlxalq proqramında iştirak edirlər
26/11/2026

BDU tələbələrinin ingilis dilində kommunikasiya bacarıqları artırılır

BDU tələbələrinin ingilis dilində kommunikasiya bacarıqları artırılır
26/11/2026