BDU “Sustainability Impact Network”ə qoşulub

29/09/2025

Bakı Dövlət Universiteti (BDU) nüfuzlu beynəlxalq reytinq təşkilatı “Times Higher Education” (THE) tərəfindən təşkil olunan “Sustainability Impact Network”ə üzv olub. Bu, BDU-nun dayanıqlı inkişaf məqsədlərinə (DİM) uyğun fəaliyyətini gücləndirmək, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək və qlobal akademik ictimaiyyətdə dayanıqlılıq sahəsində mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

BDU-nun adıçəkilən şəbəkəyə qoşulması Universitetə THE-nin ekspert dəstəyi ilə illik qiymətləndirmədə iştirak, qlobal göstəricilər əsasında müqayisə imkanı, mütəmadi vebinarlar və beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsi, həmçinin aylıq bülleten vasitəsilə xəbər, analitik məqalə və əməkdaşlıq imkanlarına çıxış imkanı qazandırır.

BDU-nun “Sustainability Impact Network”ə qoşulması Universitetin beynəlxalq reytinqlərdə dayanıqlılıq göstəricilərini yaxşılaşdırmaqla yanaşı, həm də Azərbaycan ali təhsilinin qlobal dayanıqlılıq hərəkatında fəal iştirakını təmin edəcək.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026