BDU İtaliya və Çernoqoriya universitetləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb

30/09/2016

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində İtaliya, Çernoqoriya, İspaniya, Macarıstan universitetlərinin nümayəndə heyətləri Bakı Dövlət Universitetində olublar. Universitetin professor–müəllim heyəti ilə keçirilən görüşdə çıxış edən rektor, akademik Abel Məhərrəmov  BDU barədə ətraflı məlumat verib, son illər elm  və təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndiyini vurğulayıb. Rektor bu görüşün universitetlərarası münasibətlərin  daha da inkişafına təkan verəcəyini bildirib.

Sonra çıxış edən İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollinini, Kassino və Cənubi Lazio universitetinin rektoru Covanni Bettanı, Çernoqoriyanın Donya Qoritsa Universitetinin rektoru Veselin Vukotiçi Azərbaycanın qocaman universiteti olan BDU-da olmalarından məmnunluqlarını ifadə ediblər. Təmsil etdikləri ali təhsil ocaqlarının fəaliyyət istiqamətləri, ixtisaslaşma məsələləri barədə ətraflı məlumat verdikdən sonra həmin universitetlərlə BDU arasında  əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, görüşdə forum çərçivəsində ölkəmizdə olan YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Girones, İtaliyanın Qenuya Universitetinin prorektoru Quido  Franko Amoretti,  Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, Macarıstandan olan professor Qabor Həmzə də iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 30 sentyabr 2016-cı il.


Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026