BDU İtaliyanın Trento Universiteti ilə əməkdaşlıq edəcək

02/11/2021

Dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr quran, nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramlarını həyata keçirən Bakı Dövlət Universiteti (BDU) beynəlxalq əlaqələrini genişləndirməkdə davam edir. Bu məqsədlə BDU ilə İtaliyanın Trento Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum universitetlər arasında əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində birgə əməkdaşlığın qurulmasını nəzərdə tutur.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Trento Universitetinin rektoru Flavio Deflorian imzalayıb. Müqavilənin mǝqsǝdi tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, kadrların mübadiləsinin həyata keçirilməsi, adıçəkilən sahələrdə və qarşılıqlı maraq doğuran digər sahələrdə müxtəlif tədbirlərin, o cümlədən konfransların, sərgilərin, seminarların, simpoziumların, təlimlərin birgə təşkili və keçirilməsindən ibarətdir.

Məlumat üçün bildiririk ki, Trento Universitetinin əsası 1962-ci ildə qoyulub, QS Dünya Universitetləri Reytinq Cədvəlində 440-cı yeri tutur. Hazırda universitetdə 16000-dən çox tələbə təhsil alır. Sözügedən universtetdə 600-ə yaxın professor və tədqiqatçı və eyni sayda texniki və inzibati heyət var.

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026