BDU tarixçiləri Əlimərdan Topçubaşovun 150 illiyini qeyd etdilər

29/05/2013

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində görkəmli ictimai-siyasi xadim Əlimərdan Topçubaşovun 150 illiyinə həsr olunmuş elmi seminar keçiirilib. Tədbiri giriş sözü ilə Tarix fakültəsinin dekanı dosent Azad Rzayev açıb.
Sonra iki məruzə dinlənilib. Azərbaycan tarixi kafedrasının dosenti Ələmdar Şahverdiyev " Əlimərdan Topçubaşovun ictimai-siyasi və diplomatik fəaliyyəti haqqında" adlı məruzə edib. Daha sonra birinci kurs magistrı Nigar Hüseynzadə "Ümumrusiya Müsəlmanlar qurultayları və Əlimərdan Topçubaşov" mövzusunda çıxış edib. Natiqlər tələbələrin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan Topçubaşov haqqında suallarını cavablandırıblar.

Mətbuat və İnformasiya şöbəsi, 29 may 2013-cü il.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026