BDU tədqiqatçılarının fakültələr üzrə çap edilmiş elmi əsərlərinin sayı açıqlanıb
Ötən tədris ilində Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsi tərəfindən 101 elmi məqalə çap etdirilib. Həmin məqalələrdən 94-ü respublikada, 7-si isə xarici ölkələrdə dərc olunub. Sosial elmlər və psixologiya fakültəsi tərəfindən 186-sı respublikada, 47-si isə xarici ölkələrdə olmaqla 233 elmi məqalə nəşr olunub. Fizika fakültəsinin əməkdaşları 147 elmi məqalə çap etdiriblər. Həmin məqalələrdən 91-i respublikada, 56-sı isə xarici ölkələrdə nəşr olunub. Hüquq fakültəsi tərəfindən 171 elmi məqalə çap etdirilib. Onlardan 137-si respublikada, 34-ü isə xarici ölkələrin elmi jurnallarında dərc olunub. Coğrafiya fakültəsi tərəfindən 85-i respublikada, 39-u isə xarici ölkələrdə olmaqla 124 elmi məqalə nəşr etdirilib. Filologiya fakültəsinin əməkdaşları tərəfindən 322 elmi məqalə çap etdirilib. Həmin məqalələrdən 287-si respublikada, 35-i isə xarici ölkələrdə nəşr olunub. Tarix fakültəsi tərəfindən 179 elmi məqalə işıq üzü görüb. Həmin məqalələrdən 145-i respublikada, 34-ü isə xarici ölkələrdə dərc olunub. Biologiya fakültəsi əməkdaşlarının 146 elmi məqaləsi çap etdirilib. Dərc olunan məqalələrdən 109-u respublikada, 37-si isə xarici ölkələrdə nəşr olunub. Ötən il Bakı Dövlət Universitetinin kimya fakültəsi tərəfindən 106 elmi məqalə çap etdirilib ki, onlardan 69-u respublikada, 37-si isə xarici ölkələrdə çapdan çıxıb. Tətbiqi riyaziyyat və kibernetika fakültəsi tərəfindən 89 elmi məqalə çap etdirilib. Məqalələrdən 54-ü respublikada, 35-i isə xarici ölkələrdə işıq üzü görüb. Mexanika-riyaziyyat fakültəsi tərəfindən 133 elmi məqalə çap olunub. Həmin məqalələrdən 84-ü respublikada, 49-u isə xarici ölkələrdə nəşr olunub. Ekologiya və torpaqşünaslıq fakültəsi tərəfindən 60 elmi məqalə çap etdirilib. Məqalələrdən 36-sı respublikada, 24-ü isə xarici ölkələrdə elmi jurnallarda nəşr eedilib.
Mətbuat və informasiya şöbəsi, 23 noyabr 2015-ci il.