BDU Tədris Metodiki Şurası beş illik hesabat təqdim edib

13/12/2018

Bakı Dövlət Universiteti Tədris Metodiki Şurasının qurumun Rəyasət Heyəti üzvlərinin iştirakı ilə 2013-2018-ci illəri əhatə edən hesabatı dinlənilib. Universitetin Tədris Metodiki Şurasının sədri, akademik Vasif Babazadə son beş ildə görülən işlər barədə məlumat verib. Şuranın fəaliyyətini dörd istiqamətdə təqdim edən akademikin sözlərindən məlum olub ki, Şura tədrisin təşkili, keyfiyyət və monitorinq, nəşriyyat hüququ, anket sorğusu və fakültə Tədris Metodiki şuralarının fəaliyyəti ilə bağlı araşdırma aparıb. Sonra Keyfiyyətin təminatı, monitorinq və qiymətləmdirmə şöbəsinin müdiri, dosent Vaqif Qasımovun hesabatla bağlı fikirləri dinlənilib. Tədbir Rəyasət Heyəti üzvlərinin çıxışları və müzakirələrlə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 13 dekabr 2018-ci il.

 

Xəbərlər

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026