BDU Tədris-Metodiki Şurasının növbəti iclası keçirilib

19/10/2016

Bu gün Bakı Dövlət Universiteti Tədris-Metodiki Şurasının növbəti iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov Tədris-Metodiki Şura  haqqında məlumat verib, təhsilin keyfiyyətinin yüksəldilməsində və yeni tədris metodlarının həyata keçirilməsindəki işindən bəhs edib. Tədris-Metodiki Şuranın fəaliyyətini qənaətbəxş hesab edən rektor bildirib ki, Şura fakültə TMŞ-nın fəaliyyətinə nəzarəti həyata keçirmək, illik hesabatları dinləmək, fənn proqramlarının hazırlanması, təminatı və fakültələrarası fəaliyyəti əlaqələndirmək, təlim və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə açıq dərslər təşkil etmək, onun səmərəliliyinə nəzarət kimi funksiyaları həyata keçirir. Enyi zamanda, analitik təhlillər və monitorinqlər aparmaq, mütərəqqi forma və metodların, yeni təlim texnologiyalarının tətbiqinə köməklik göstərmək, dərslik, dərs vəsaiti, digər metodiki ədəbiyyatın yazılması və nəşrinə köməklik etmək, tədris vəsaitlərinə qrif vermək və s. kimi işlər də Şuranın fəaliyyətinə daxildir.

Sonra Tədris-Metodiki Şuranın sədri, akademik Vasif Babazadənin çıxışı dinlənilib. Şuranın iş planının təsdiqi, fakültə TMŞ-lərinin illik hesabatlarının hazırlanması, Qrif komissiyalarının fəaliyyəti haqqında danışan akademik, eyni zamanda, tələbələr arasında sorğuların keçirilməsi, açıq dərslərin təşkil edilməsi kimi məsələlərdən də bəhs edib.

Mətbuat və informasiya şöbəsi, 19 oktyabr 2016-cı il

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026