BDU “TEKNOFEST-2024”də 18 komanda ilə təmsil olunacaq

06/03/2024

Dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. Festivalda komandalar 46 əsas və 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar. Bakı Dövlət Universiteti (BDU) bu il festivalda 18 komanda ilə təmsil olunacaq. BDU komandaları tərəfindən festivalın 9 kateqoriyası üzrə 41 layihə təqdim edilib. BDU komandaları həm universitet, həm də məzun/girişimci səviyyələri üzrə yarışacaqdır.

Təqdim olunan layihələr festivalın “Ağıllı nəqliyyat texnologiyaları”, “Yaşıl texnologiyalar”, “Aqrar texnologiyalar”, “Sosial yönümlü texnologiyalar”, “Model peyk müsabiqəsi”, “Turizm texnologiyaları”, “Sürücüsüz aqrar yerüstü nəqliyyat aparatı” və “Sənayedə digital texnologiyaların tətbiqi” kateqoriyalarına aiddir.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026