BDU TGT 31 mart soyqırımına həsr olunmuş tədbirlər keçirib

31/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılğı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "103 illik qan yaddaşımız" adlı onlayn tədbir keçirilib.

Kimya fakültəsi TGT sədri Əli Qədirlinin moderatorluğu ilə keçirilən tədbirdə Kimya fakültəsinin dekan müavinləri Taleh Qəhrəmanov, Fuad Kərimli, professorlar Teymur İlyaslı və İbrahim Məmmədov çıxış ediblər.

Tədbirdə Kimya fakültəsi TEC-in sədri İsa İsayev, fakültənin I kurs tələbələri Ayşə Qocazadə və Gülxar Xəlilova 1918-ci ildə baş verən soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir cinayət aktı olduğunu qeyd ediblər. Bu hadisənin xalqımızın tarixi yaddaşında əbədi və silinməz yer tutduğu, soyqırımı zamanı on minlərlə insanın həlak olduğu diqqətə çatdırılıb.

***

Fizika Fakültəsində TGT-nin təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn tədbirdə videoçarx nümayiş etdirilib.

Fakültənin dekan müavini Məhəmməd Məhərrəmov çıxış edərək xalqımıza qarşı törədilən soyqırımı aktından söz açıb. Vurğulayıb ki, Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin qan yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında müvafiq Sərəncam imzalayıb.

Tədbirdə moderator Məsumə Balakişiyeva soyqırımın tarixindən bəhs edib, fakültənin I kurs tələbələri Aytən Baləhmədova və  Təhminə Abasova şeirlər səsləndirib, İbrahimli Aysun isə 31 mart soyqırımının dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən tanınması üçün tələbələrin fəaliyyəti barədə məlumat verib.

Sonda 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatdığı, Azərbaycanın igid övladlarının şanlı tarix yazdıqları, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad etdiyi qeyd edilib.

 

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024