BDU TGT Cəbrayıl rayonunun işğaldan azad olunması ilə bağlı tədbir keçirib

08/10/2021

Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Cəbrayıl rayonunun işğaldan azad olunması ilə bağlı onlayn tədbir keçirilib. Tədbirdə ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya fakültəsi TGT-nin layihələr üzrə meneceri Gülnar Hüseynova, fakültənin III kurs tələbəsi Lamiyə Hüseynova və “Kitab” klubunun təlimçisi Şəbnəm Haqverdi çıxış edərək xalqımızın müasir qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin və igid qazilərimizin şərəfli döyüş yolundan, qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış BDU-nun 18 şəhid məzununun göstərdikləri şücaətdən söz açıblar.

Tədbir Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının sədr müavini Elnura Ağasəfzadənin Qarabağ regionunda və isgaldan azad edilmis Cəbrayıl rayonunda həyata keçirilən yenidənqurma işləri ilə bağlı həyata keçirilən layihələr və gənclərin bu istiqamətdəki rolundan bəhs edən çıxışı ilə yekunlaşıb.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026