BDU TGT "Şəhidim" adlı məqalə müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçirib

22/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (BDU) nəzdində fəaliyyət göstərən "Gələcəyin tarixi" klubunun təşkilatçılığı ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofisində "Şəhidim" adlı məqalə müsabiqəsinin nəticələri ilə bağlı tədbir keçirilib. Tədbirdə klubun rəhbəri Güllü Həsənzadə giriş sözü ilə çıxış edərək vətənpərvərlik ruhunda və şəhidlərimizin tələbə gənclər arasında təbliği istiqamətində bu cür müsabiqələrin əhəmiyyətini qeyd edib, klubun bu sahədə həyata keçirdiyi layihələrdən söz açıb. Daha sonra tələbələr öz məqalələri ilə çıxış edib, şəhidlər barədə videoçarxlar nümayiş olunub.

Müsabiqə komissiyasının qərarına əsasən l yerə BDU-nun Tarix fakültəsinin tələbəsi Lalə Mollayeva, ll yerə Coğrafiya fakültəsinin tələbəsi Ümid Bilalov, lll yerə Tarix fakültəsinin tələbəsi Mehriban Abdullayeva layiq görülüblər. Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi Məhəmməd Əsədli, Tarix fakültəsinin tələbəsi Ana Yusifli və Coğrafiya fakültəsinin tələbəsi Fidan Aslanova isə təşəkkürnamələrlə təltif olunublar.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026