BDU TGT-nin I kurs tələbələri ilə növbəti görüşü olub

03/10/2018

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı I kurs tələbələri ilə növbəti görüşünü keçirib. Görüşdə Kitabxanaçılıq-informasiya və Sosial elmlər və psixologiya fakültələrinin tələbələri iştirak ediblər.

TGT sədri İsmayıl Kərimov əvvəlcə tələbələri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb. BDU TGT-nin tarixi, strukturu və həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib. Gələcək layihələrdən bəhs edən İ.Kərimov tələbələrin təşkilatla əməkdaşlığının faydalarından danışıb, onları fəal olmağa səsləyib.

BDU-da fəaliyyət göstərən Kitab, Debat, Ekologiya və Diskussiya klubları barədə geniş məlumatlar verilib.

Görüşdə TGT-nin müxtəlif layihələrini əks etdirən fotolardan ibarət çarx təqdim edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl BDU TGT Tarix, Fizika, Biologiya fakültələrinin I kurs tələbələri ilə görüş keçirib.

Görüşlərdə BDU TGT sədr müavini Leyla Kazımova, fakültələr üzrə TGT sədrləri iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 03 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir

BDU-da Abituriyent Məlumat Mərkəzi uğurla fəaliyyət göstərir
14/08/2026

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək

BDU tələbələri üçün “GeoCamp” yay düşərgəsi keçiriləcək
13/08/2026

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinə 2 ixtisas üzrə tələbə qəbulu aparılır
13/08/2026