BDU TGT-nin I kurs tələbələri ilə növbəti görüşü olub

27/09/2018

Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı I kurs tələbələri ilə növbəti görüşünü keçirib. Görüşdə Kitabxanaçılıq-informasiya, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri iştirak ediblər.

TGT sədri İsmayıl Kərimov əvvəlcə tələbələri təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb. BDU TGT-nin tarixi, strukturu və həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib. Gələcək layihələrdən bəhs edən İsmayıl Kərimov tələbələrin təşkilatla əməkdaşlığının faydalarından danışıb, onları fəal olmağa səsləyib.

Həmçinin tədbirdə  universitetdə  fəaliyyət göstərən Kitab, Debat, Ekologiya və Diskussiya klubları barədə geniş məlumatlar verilib.

Görüşdə TGT-nin müxtəlif layihələrini əks etdirən fotolardan ibarət çarx təqdim edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl BDU TGT Tarix, Fizika, Biologiya fakültələrinin I kurs tələbələri ilə görüş keçirib.

Görüşlərdə BDU TGT sədr müavini Leyla Kazımova, fakültələr üzrə TGT sədrləri iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 27 sentyabr 2018-ci il.

 

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026