BDU “THE Avrasiya Universitetlərinin Sammiti”ndə stendlə təmsil olunur

24/09/2025

Bakı Dövlət Universiteti (BDU) Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr tarixlərində Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”ndə stendlə təmsil olunur.

Bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunan sammitdə 20-dən artıq ölkədən 300-dən çox iştirakçı, 150-dən çox ali təhsil müəssisəsi və 50-dən artıq beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları, universitetlərin sosial-iqtisadi inkişafa verdiyi töhfələri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasında ali təhsilin rolunu müzakirə edir.

Sammit çərçivəsində BDU-nun stendi iştirakçılara Universitetin elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıqları, davamlı inkişaf sahəsində həyata keçirilən təşəbbüsləri və gələcək strateji hədəfləri barədə geniş məlumat təqdim edib. Ziyarətçilər BDU-nun təhsil və tədqiqat imkanları, beynəlxalq layihələrdə iştirakı və qlobal akademik şəbəkədə mövqeyi ilə tanış olublar.

BDU-nun bu nüfuzlu tədbirdə stendlə təmsil olunması Universitetin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi, tərəfdaşlıq imkanlarının genişləndirilməsi və Azərbaycanın ali təhsil sisteminin dünyada tanıdılması istiqamətində mühüm addımdır.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026