BDU THIK “Genius 2022” müsabiqəsi elan edib

20/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi “Genius 2022” müsabiqəsi elan edib.

Müsabiqə 2 mərhələdən ibarət olacaq. Fakültələr daxilində keçiriləcək I mərhələdə tələbələr ixtisaslarına aid olan elmi mövzuda təqdimat ( minimum 20 slayd) və ya məqalə ( minimum 5 word səhifəsi) hazırlamalıdırlar.

Müsabiqənin II mərhələsində isə fakültədaxili müsabiqədə birinci və ikinci yeri tutan  qaliblər yarışacaqlar.

I mərhələ üzrə mükafat fondu:

1-ci yer -100 AZN

2-ci yer - 50 AZN.

Final mərhələsi üzrə humanitar və texniki-təbiət ixtisasları ayrılıqda olmaqla mükafat fondu:

1-ci yer -250 AZN

2-ci yer -200 AZN

3-cü yer- 150 AZN.

Müsabiqə qaliblərinin işləri bu il dərc olunacaq “Genius-2022” jurnalında nəşr ediləcək. Müsabiqədə iştirak etmək arzusunda olanlar I mərhələ üzrə hazırlayacaqları işləri bdugenius2022@mail.ru elektron poçt ünvanına göndərməlidirlər. Ümumilikdə 42 tələbə müsabiqə nəticəsində mükafat əldə edəcək.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026